Tbilisi həm qorxur, həm qorxudur

Tbilisi həm qorxur, həm qorxudur

Gürcüstan Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyadan çıxarılması üçün dünya ictimaiyyətini müvafiq təsir göstərməyə çağırıb. Gürcü kütləvi informasiya vasitələri xəbər verir ki, bu barədə çağırış ölkənin Xarici İşlər Nazirliyinin 2008-ci ilin avqust müharibəsi ilə bağlı yaydığı bəyanatda səslənib.

Bəyanatda bildirilir ki, Rusiya ələ keçirdiyi ərazidə özünün hərbi potensialını daha da artırmaqda davam edir və işğalçı mövqeyindən çəkilmir. Bütün bunlar isə Gürcüstanın təhlükəsizliyi üçün təhdiddir.

Bəyanatda həmçinin bildirilir ki, dünya ictimaiyyəti Rusiyadan öz gücünü Gürcüstana qarşı istifadə etməyəcəyinə dair təminat almalıdır. Eyni zamanda bu təminat Abxaziya və Cənubi Osetiya ərazisində beynəlxalq mexinizmlərin tətbiqinin həyata keçirilməsi ilə də bağlı olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə