Misirin Sinay yarımadasında, İsraillə sərhəddəki keçid məntəqəsində 16 misirli hərbçi öldürüldükdən sonra növbəti silahlı insident baş verib. Əl-Əriş şəhərində bir neçə sərhəd-keçid məntəqəsinə hücum nəticəsində 1 nəfərin öldüyü bildirilir.
Misir ordusunun hücum edən silahlılara qarşı start verdiyi əməliyyat nəticəsində azı 20 silahlının öldürüldüyü xəbər verilir.
Misirdə hakimiyyətə yeni gəlmiş "Müsəlman Qardaşlığı" hərəkatının nümayəndələri İsrailin "Mossad" xüsusi-xidmət orqanının hücumlarla əlaqəli ola biləcəyini ehtimal etdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB