Bəşər Əsəd tərəfdarlarına qarşı qanlı döyüşlərin getdiyi Suriyada bu gün baş nazirin ölkədən qaçması xəbəri yayılıb. Yeni təyin olunmuş baş nazirin müxalifətin tərəfinə keçdiyi deyilir. Bu gün vəzifəsindən kənarlaşdırılan Suriyanın baş naziri Riyad Hicabla yanaşı daha 3 nazir və 2 zabitin də müxalifət tərəfinə keçdiyi bildirilib.
"Əl Cəzirə"nin məlumatına görə, artıq baş nazir ailəsi ilə birlikdə İordaniyaya gedib. Hazırda baş nazir vəzifəsinin müvəqqəti icrası baş nazirin müavini Ömər Qalavanciyə tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB