BMT Birma rəhbərliyinə müraciət edərək, bu ilin iyun ayında müsəlmanlarla buddistlər arasında baş verən toqquşmaları tam araşdırmağa çağırıb. "BBC" məlumat verir ki, BMT təmsillçisi Tomas Oxea Kintana bu ölkəyə səfəri zamanı bildirib ki, ona bu dini münaqişə zamanı insan hüquqlarının çox sayda pozuntusu barədə məlumatlar gəlib.
Onun sözlərinə görə, iki dini konfessiyanın təmsilçilərinin toqquşması zamanı güc strukturları törətdikləri qətllərə, işgəncələrə və əsassız həbslərə görə günahlandırılır. Bəzi məlumatlara görə, iyun çaxnaşmaları zamanı Birmada 80 adamdünyasını dəyişib.
Qeyd edək ki, iyunun əvvələrində Birma buddistləri bu ölkədə yaşayan benqal müsəlmanlarına hücum edib evlərini yandırmışdılar. Bəzi müsəlman ailələri qayıqlarla Banqladeşə qaçmağa məcbur olmuşdular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB