Suriya dövlət televiziyasının məşhur aparıcısı Məhəmməd əl Səidin edam edildiyi açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, keçən ay Şamdakı evindən qaçırılan Səidin edamını "Əl Nusra Cəbhəsi" adlı İslamçı müxalif qrup boynuna götürüb. Əl Nusra Cəbhəsinin açıqlamasında deyilir: "Qərb Gutanın qəhrəmanları aparıcını 19 İyulda həbs etdi və izahat alındıqdan sonra aparıcı edam edildi".
Əl Qaidə bayrağının görüntüsü olan internet saytlarının birində bu xəbərlə yanaşı Səidin qorxu içərisində bir fotoşəkli də yerləşdirilib. Məlumatda, "Rejimə dəstək verənlərə bu dərs olsun" ifadəsi yer alıb.
Qeyd edək ki, "Sərhədsiz Reportyorlar" təşkilatı ötən ay Səidlə əlaqədar açıqlamasında döyüşlərdə, ya da vətəndaş müharibələrində jurnalistlərin hədəf alınmasının qadağan olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB