Yaxud Ermənistan Urmiya gölünə suyu haradan verəcək?
Keçəl dərman bilsə...

İran Urmiya gölünün sürətlə quruması probleminin qarşısını almaq üçün Ermənistanın yardımından istifadə edəcək. Xəbərdə deyilir ki, İranda ətraf mühitin müdafiəsi təşkilatının başçısı Mohammad Cavad Mohammadzadə avqustun 1-də bildirib ki, İran və Ermənistan Urmiya gölünün səviyyəsinin böhranlı şəkildə düşməsinin qarşısını almaq üçün su verilməsi barədə anlaşıblar.

O, bildirib ki, isti hava və yağıntıların azlığı ona gətirib ki, gölün suyu tarix boyunca ən aşağı səviyyəyə düşüb. O, həmçinin əlavə edib ki, gölün bərpası planlarına Şərqi Azərbaycan vilayətindən də suyun verilməsini nəzərdə tutur.

Ermənistan və İran bu yaxınlarda ekoloji layihələrin gerçəkləşdirilməsində əməkdaşlıq barədə saziş bağlayıblar. İranda düşünürlər ki, Urmiya gölünün quruması "milli ekoloji fəlakətə" çevriləcək və bu, qonşu ölkələrə də mənfi təsir göstərə bilər

Bütün xəbərlər Facebook səhifəmizdə