İran parlamentli respublikaya keçir?

İran parlamentli respublikaya keçir?

İran məclisi prezident üsul idarəsinin parlamentli idarəçiliklə əvəzlənməsi məsələsini müzakirə edəcək. Bu barədə məlumatı Almaniyanın "Doyçe velle" İnformasiya Agentliyinin İran xidməti yayıb.

Məlumata görə, İran parlamentində sözügedən məsələ ilə bağlı xüsusi komissiya yaradılıb. Həmin qurum ölkənin ali dini lideri Əli Xamneyinin bir il əvvəl irəli sürdüyü təklifi müzakirəyə çıxaracaq. Əgər layihə reallaşsa, prezident məclis tərəfindən seçiləcək və faktiki olaraq baş nazir vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, İranda növbəti prezident seçkisinin 2013-cü ilin yayında keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə