Gürcüstan daha bir sülhməramlısını itirdi

Gürcüstan daha bir sülhməramlısını itirdi

Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən daha bir gürcü hərbçi ölüb. Məlumata görə, 28 yaşlı kapral (onbaşı) Givi Pansulaya bu ilin yanvarında Əfqanıstanda yaralanmışdı. O, Amerika və Almaniyadakı hospitallarda müalicə kursu keçmiş, sonra Gürcüstanın Qori şəhərindəki hərbi hospitalda müalicə olunmuşdu. Buna baxmayaraq həkimlər kapralın həyatını xilas edə bilməyiblər.


Gürcüstan Müdafiə Nazirliyi hərbçinin ailəsinə və yaxınlarına başsağlığı verib və onun dəfn xərcini boynuna götürüb.


Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda 20-dək gürcü hərbçi həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə