Bu gün Rumıniyada ölkə prezidenti Trayan Bebeskunun hakimiyyətdən getməsi ilə bağlı referendum keçirilir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan bir qədər əvvəl ölkə parlamenti Beseskunu öz vəzifələrini icra etməkdən məhrum etmişdi. Prezidentin səlahiyyətlərinin icrasının dayandırılması üçün 432 deputatdan 258-i leyhinə, 114-ü isə əleyhinə səs vermişdi. 16 iyun tarixində isə müvəqqəti prezident Krin Antonesku Beseskunun tamamilə hakimiyyətdən getməsi barədə referendumun keçirilməsi ilə bağlı qanun qəbul etdi. Belə bir addım Avropa Komissiyasının tələbi ilə atıldı.
Xatırladaq ki, deputatlar Beseskunu baş nazir tərəfinədən həyata keçirilən funksiyaların yerinə yetirilməsində- 2010-cu ildə sərt iqtisadi tədbirlər görməsi və məhkəmənin sərbəstliyinin məhdudlaşdırılmasında günahlandırırlar. Trayan Baseskunun özü isə deputatları onu hakimiyyətdən kənarlaşdırmaqla hüquqi və digər dövlət institutlarında nəzarəti ələ almaq cəhdində günahlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB