Türkiyə Ermənistana qadağa qoydu!

Türkiyə Ermənistana qadağa qoydu!
Türkiyə hökumətinin yeni qərarına görə, Ermənistan vətəndaşları bu ölkədən daşınmaz əmlak ala bilməz. Türkiyənin "Sabah" qəzetinin yazdığı məlumatda anoloji qərarın Suriya, Şimali Koreya, Nigeriya, Kuba və Yəmən vətəndaşlarına da şamil olunduğu bildirilib. Bundan başqa bir neçə ölkə vətəndaşları müəyyən şərtlərlə Türkiyədə mal-mülk sahibi ola bilər. Bunlar Rusiya və Ukrayna vətəndaşlarıdır. Gürcüstan vətəndaşları isə sahilyanı və sərhədyanı vilayətlərdə daşınmaz əmlak ala bilməz. Azərbaycan, digər türkdilli ölkələr və Fars Körfəzində yerləşən ərəb ölkələrinin vətəndaşları isə Türkiyənin istənilən yerində maneəsiz daşınmaz əmlak sahibi ola bilər.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə