Suriya konstitusiyasını və ölkənin Milli Şurasının qərarını əsas tutan prezident Bəşər Əsəd terrorizmlə mübarizənin həyata keçirilməsi üçün xüsusi məhkəmənin yaradılması barədə fərman imzalayıb. Bu barədə məlumatı Suriyanın SANA dövlət informasiya agentliyi yayıb.
Fərmana uyğun olaraq Suriyanın müxtəlif bölgələrində sözügedən məhkəmənin bölmələri fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyulun 18-də Suriyanın Milli Təzlükəsizlik Xidmətinin binasının qarşısında terrorçu-kamikadze tərəfindən həyata keçirilmiş akt nəticəsində ölkənin müdafiə naziri Daud Racix, onun müavini Asef Şaukat, vitse-prezident köməkçisi, sabiq müdafiə naziri Həsən Türkmani, daxili işlər naziri Məhəmməd əl-Şaar və Suriya kəşfiyyatının rəhbəri Hişam Bəxtiyar həyatını itirib. Qeyri-rəsmi mənbələrə görə, hadisə nəticəsində Bəşər Əsədə yaxın dairələrdən daha bir neçə nəfər də terrorun qurbanı olub. Partlayışa görə məsuliyyəti öz üzərinə silahlı üsyançılar götürüb.
Onu da deyək ki, Suriyada 1 ildən artıqdır, Bəşər Əsəd rejiminin istefasını tələb edən qüvvələrlə hökumət birləşmələri arasında qanlı qarşıdurmalar davam etməkdədir. Bu müddətdə ölənlərin sayının 20 mini kediyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB