Suriya baş nazirinin müavini İrana gedib

Suriya baş nazirinin müavini İrana gedib
"Xarici qüvvələr Suriyadakı terror aktlarını artıraraq ölkədəki böhranı dərinləşdirmək siyasəti aparırlar." Bunu İranda səfərdə olan Suriya baş nazirinin müavini Ömər Qalavanci deyib. Ömər Qalavanci İran parlamentinin sədri Əli Laricani ilə görüşüb. Suriya hökumətinin rəsmisi İrana ölkəsində yaşanan hadisələrlə bağlı sərgilədiyi mövqeyə görə minnətdarlığını bildirib. O, qeyd edib ki, ABŞ rəhbərliyindəki düşmənlər bölgədəki bəzi ölkələrin köməyi ilə regionda İsrailə qarşı müqavimət gücünü zəiflətmək məqsədi güdürlər. Lakin Suriya xalqı və rəsmiləri bu sui-qəsd və siyasəti təsirsiz hala gətirəcək. Əli Laricani isə rəsmi Dəməşqin İranın dostu olduğunu deyərək Suriya xalqı və hökumətini xarici sui-qəsdlər qarşısında dəstəklədiyini bildirib. Onun sözlərinə görə, qərb ölkələri bölgədəki bəzi dövlətlərin köməyi ilə Suriya əleyhinə əsassız və yalan təbliğatlarla təzyiq siyasəti yürüdürlər.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə