Belarus prezidenti Aleksandr Lukaşenkonun London Olimpiadası 2012-yə akreditasiya etməkdən boyun qaçırıblar. Bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Tvitter səhifəsində yazıb.
Rəsmi Minsk məsələyə hələ ki, münasibətini bildirməyib.
Qeyd edək ki, Lukaşenko həm də Belarus Olimpiya Komitəsinin prezidentidir. Bununla yanaşı Avropa İttifaqı dövlət başçısına və ölkənin digər bəzi rəsmilərinə qarşı sanksiya tətbiq edib. Qadağalara əsasən, həmin şəxslər Aİ-yə üzv olan ölkələrə səfər edə bilməzlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB