Ankarada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə güc strukturları rəhbərlərinin iştirak etdiyi və təhlükəsizlik məsələlərinə həsr olunmuş qapalı toplantı keçirilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, toplantıya daxili işlər naziri İdris Naim Şahin, müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Necdət Özəl, ölkənin baş kəşfiyyat orqanı – Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, eləcə də baş nazirin müavini Bəşir Atalay və xarici işlər naziri Əhməd Davudoğlu qatılıb.
Yığıncaq 2 saat 15 dəqiqə davam edib. Baş nazir aparatından verilən qısa açıqlamada bildirilib ki, iclasda ölkədəki və regiondakı proseslər, ölkənin milli təhlükəsizliyi ilə bağlı görüləcək tədbirlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB