Türkiyə dövləti Suriya ilə 4 milyard dollarlıq ixracat əlaqələri olmasına baxmayaraq gömrük nəzarət məntələrini bağlayıb. Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcının sözlərinə görə, bu Türkiyənin Suriyaya tətbiq etdiyi embarqo deyil. Onun sözlərinə görə, sərhəd qapılarının bağlanmasının səbəbi təhlükəsizliklə bağlıdır.
Həyati Yazıcı bildiriib ki, son günlər Suriyaya gedən Türk TİR-ləri qarət olunur. Bu arada Suriyanın ticarət mərkəzi olan Hələbdə hərbi münaqişələr davam edir. Hərbi vertolyotların da istifadə olunduğu əməliyyatlarda xeyli sayda dinc insan öldürülüb. Bununla yanaşı şəhərdəki həbsxanalarda baş verən üsyanda 16 məhbus öldürülüb.
Bundan başqa Suriyanın paytaxtı Dəməşqdə Əsəd ordusu ilə müxalifət qüvvələri arasında qarşıdurmalar davam edir. Hökumət qüvvələri paytaxtdı nəzarətdə sağlamaq üçün hərbi gücü artırır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB