“Hizbullah”la Suriya müxalifəti arasında gərginlik artır

“Hizbullah”la Suriya müxalifəti arasında gərginlik artır

Livanda suriyalı müxalifətçiləri girov götürdülər


Livanda bir qrup suriyalı müxalifətçi girov götürülüb. Yerli telekanalda səslənən bəyanata görə, müxalifətçiləri girov götürənlər "Suriya azadlıq ordusu"ndan mayın 22-də Türkiyə ilə sərhədi keçdikdən sonra girov götürülən 11 şiə zəvvarın azadlığa buraxılmasını tələb edirlər.


"Suriya azadlıq ordusu"nun nümayəndəsi bazar günü bildirmişdi ki, şiə zəvvarlar yalnız Bəşər Əsəd rejimi devrildikdən sonra azadlığa buraxılacaqlar. Suriya müxalifəti "Hizbullah" qruplaşmasının baş katiöi şeyx Həsən Nəsrullahın Dəməşq rejimini müdafiə etdiyinə görə üzr istəməsini də tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə