Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri Suriya prezidenti Bəşər Əsəddən ölkədəki böhrana son qoymaq üçün istefaya getməyi tələb ediblər. Dünya mediası xəbər verir ki, Qətərin xarici işlər naziri Həməd bin Casim əl-Tani ƏDL dövlətlərinin xarici siyasət idarələri rəhbərlərinin Doxada baş tutan görüşündən sonra Əsədin istefaya getməsinin vacibliyinə dair qərarın çıxarıldığını vurğulayıb.
Qətər DİN rəhbərinin sözlərinə görə, belə bir məsələnin reallaşması silahlı qarşıdurmalar meydanına çevrilmiş Suriyanı xilas edə bilər.
Qeyd edək ki, Suriyada insan hüquqlarının müdafiəsini həyata keçirən müşahidə şurasının məlumatına görə, 2011-ci ilin martından indiyədək ölkədə həlak olunların sayı 19 mini keçib. Onların əksəriyyəti dinc sakinlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB