Suriya müxalifəti Əl-Qaidənin bayrağını qaldırdı

Suriya müxalifəti Əl-Qaidənin bayrağını qaldırdı

Suriyada gedən silahlı mübarizə nəticəsində müxalifət qüvvələri Türkiyə sərhəddindəki daha bir gömrük nəzarət məntəqəsini tutub. Bütün gecə boyu davam edən silahlı mübarizə nəticəsində Müstəqil Suriya Ordusu Ciləvəgöz, Bab Əs-salam və Cərablus sərhəd nəzarət məntəqələrinə öz bayraqlarını asıblar. Qeyd edək ki, sərhəd nəzarət məntəqələrinə Əl-Qaidə terror təşkilatına məxsus bayraqlar asılıb. Məsələylə bağlı Suriya müxalifəti hətta açıqlama da yayıb. Açıqlamada qeyd olunub ki, onlar Suriyada yeni islam dövləti qururlar. Bundan başqa ölkədə davam edən silahlı insident nəticəsində dinc əhali Suriyanı tərk edir. Rəsmi statistikaya görə, qaçqınlar Türkiyəyə, İordaniyaya və Livana gediblər. Qeyd edək ki, son 3 gün ərzində Suriyanı 5000 nəfər tərk edib.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə