Suriyanın müdafiə naziri öldürüldü - YENİ XƏBƏR

Suriyanın müdafiə naziri öldürüldü - YENİ XƏBƏR

Suriya hakimiyyətinə müxalif olan qüvvələrin Dəməşqdə təşkil etdiyi kamnikadze hücumları nəticəsində ölkənin müdafiə naziri Davud Raçan qətlə yetirilib. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, bundan başqa Suriyanın daxili işlər naziri İbrahim Əl Şaar isə ağır yaralanıb.

"Anadolu" informasiya agentliyinin yaydığı məlumatda isə bildirilir ki, hücum əməliyatı milli təhlükəsizlik şurasının binasında nazirlər kabinetinin toplantısı zamanı həyata keçirilib. Bununla yanaşı Suriya ordusu baş qərargah rəisinin müavini və Bəşər Əsədin kürəkəni Asif Şevket də öldürülüb. İlkin ehtimallara görə, hadisə bomba quraşdırılmış avtomobillər vastəsi ilə həyata keçirilib.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə