Liviya Olimpiya Komitəsinin prezidenti oğurlanıb

Liviya Olimpiya Komitəsinin prezidenti oğurlanıb

Hərbi geyimli şəxslər Əlaləmi öz avtomobillərinə oturdaraq hadisə yerindən uzaqlaşıblar


Liviya paytaxtı Tripolidə ölkənin Olimpiya Komitəsininin prezidenti Nəbil Əlaləm naməlum silahlı şəxslər tərəfindən oğurlanıb. Komitə nümayəndəsinin sözlərinə görə, hərbi geyimli şəxslər Əlaləmi öz avtomobillərinə oturdaraq hadisə yerindən gediblər.


Daha sonra Olimpiya Komitəsinin mətbuat katibi jurnalistlərə açıqlamasında həmin şəxslərin Liviya ordusunu təmsil etdiyini bildirib. Nəbil Əlaləmin harda olduğu və oğruların kimliyi hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə