Alman atom istehsalçıları hökumətdən 15 milyard avro tələb edirlər

Alman atom istehsalçıları hökumətdən 15 milyard avro tələb edirlər

Alman atom istehsalçıları hökumətdən konpensasiya almaq niyyətindədirlər. Özü də bu rəqəm 9 sıfırla ölçülür. Belə ki, tələb olunacaq konpensasiyanın məbləği 15 milyard avro qədərindədir. Xəbəri ilk olaraq bir qədər bundan əvvəl Almaniyanın "Frankfurter Allgemeine" qəzeti yaymışdı.

İndi isə digər informasiya orqanlarında da oxşar məlumatlar yer almaqdadır. Mətbuatın qənaətincə məsələnin yenidən daha ciddi formada gündəmə gəlməsində elə atom krizisinin yaranmasında bibaşa günahkar olan Yaponyadan gələn xəbərlərdir. Ötən il bütün planeti təşvişə salan Fukusimodakı atom qəzasından sonraYaponiya atom enerjisi istehsalından nəinki imtina etməyə hazırlaşmır, əksinə, qəzalı reaktoru təmirdən sonra işə salacağını deyir. Alman hökuməti isə 2022-ci ilə qədər bütün Atom Elektrik stansiyalarını bağlayacağını bəyan edib. Energetikləri də qəzəbləndirən budur. Onlar bu bəyanatı hazırki iqtidarın xal qazanmaq üşün atdığı populist addım kimi dəyərləndirilər. Hazırda onlar çox ciddi ziyanla qarşılaşdıqlarını bildirir və bunun əvəzində hökumətdən konpensasiya tələb edirlər. Tələb olunan 15 milyard avronun 8 milyardını Almaniyada atom enerjisi istehsalı üzrə hegemon olan EON konserni istəyir. Konsernin vəkilləri rəsmi Berlinin AES-lərin tədricən bağlanması və artıq indidən reaktorların yanacağına qoyulan verginin qaldırılması qərarının onlar üçün ən azı bu ziyana başa gəldiyini deyirlər. Artıq EON və ikinci nəhəng atom enerjisi istehsalçısı olan RWE Konstitusiya Məhkəməsinə müraciət ediblər. İndi burada şikayətçilərin nə dərəcədə haqlı olub olmadığı müəyyənləşəcək. Maraqlıdır ki, həm də siyasi mövzuda tənqidi fikirlər səsləndirilməsinə baxmayaraq hər iki konsern atom enerjisinin istehsalından imtinaya gorə deyil, sahibkarlıq hüquqlarının pozulmasından şikayətçi olduqlarını bildirilər.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə