PKK Diyərbəkiri qarışdırdı

Diyarbəkirdə PKK-a yönümlü Barış və Demokrasi Partiyasının təşkil etdiyi icazəsiz mitinqdə 87 nəfə həbs olunub. SİA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Diyarbəkir şəhər polis idarəsinin rəisi Mustafa Sağlam və vali Mustafa Torpaq keçirdiyi mətbuat konfransında bildirib ki, mitinq iştirakçıları daşlarla və kustar üsullarla hazırlanmış partlayıcılarla polis əməkdaşlarına o, cümlədən ictimai binalara zərər yetiriblər.

M.Torpaq həmçinin qeyd edib ki, təhlükəsizlik gücləri mitinq iştirakçılarından qanunsuz aksiyanın dayandırılmasını tələb etsədə, BDP üzvləri şəhərin iaşə obyektlərini və avtomobillərini yandırıb.

Qeyd edək ki, hadisə zamanı 23-ü polis olmaqla 79 nəfər yaralanıb. Yarlılar arasında bir millət vəkilidəı olub. Ancaq digər yaralılardan fərli olaraq onlar yüngül dərəcəli xəsarət alıb. Amma buna baxmayaraq Səhiyyə nazirliyi zərər çəkmiş millət vəkilini təcili yardım təyyarəsi ilə İstanbul klinikalarından birinə gətirib.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə