Rusiyanın paytaxtı fəlakətə qərq olub

Rusiyanın paytaxtı fəlakətə qərq olub

Dünən axşam saatlarında Rusiyanın paytaxtı Moskva və onun ətrafında yerləşən bölgələrdə, başlayan leysan yağışı və düşən ildırımlar insanların həyatında bir sıra fəlakətlərə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, Moskava və ona yaxın yerləşən Serqiyovo-Posad və Orexovo-Zueyovo bölgəsinə düşən dəhşətli ildırımlar nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Güclü yağışlar nəticəsində isə xeyli sayda maşın sel sularına qərq olub.

Qeyd edək ki, dəhşətli sel nəticəsində paytaxtda maşınların hərəkətinin dayanması, uzun tıxacların yaranmasına səbəb olub.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə