Suriya ordusu 250 nəfəri öldürüb

Suriya ordusu 250 nəfəri öldürüb

Suriyanın Hama şəhərinin Teryms rayonunda Bəşər Əsəd tərəfdarları 250 insanı qətlə yetirib. Suriya İngilab İttifaqının yaydığı məlumata görə, ölənlər arasında daha çox qadınlar və uşaqlar var. Öldürülənlərin böyük əksəriyyətinin boğazı kəsilib. İnqilabçıların verdiyi açıqlamaya görə, rayon silahlılar tərəfindən mühasirəyə alınıb, hücumdan əvvəl ərazinin elektrik və kommunikasiya xətləri kəsilib. Hadisə yerində 300-dən artıq yaralı var. Bu arada Bəşər Əsəd rejimi Suriyanın Dəməşq, Dera, Hələb, Humus və Deyr ez-Zor şəhərlərində də insanları qətlə yetirib. Məlumata görə, ümumilikdə 16 nəfər öldürülüb.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə