Rusiya Suriya ilə hərbi əməkdaşlığı davam etdirməyəcək

Rusiya Suriya ilə hərbi əməkdaşlığı davam etdirməyəcək

Rusiya Suriya ilə hərbi əməkdaşlığa dair imzaladığı sənədə sadiq qalacaq. Bunu "İtar-Tass"-a açıqlamasında Rusiyanın hərbi sənaye idarəsinin sədr müavini Vyçeslav Zirkalin deyib. Rusiya rəsmisi həmçinin əlavə edib ki, ölkəsi 2008-ci ildə Suriya ilə imzalanmış əməkdaşlığa əməl etməyə məcburdur. Qeyd edək ki, Suriyaya hərbi texnika aparan gəmi sığorta müddəti bitdiyi üçün geri qayıdıb. Rəsmi Moskvadan bildirilib ki, hər iki dövlət bu məsələdən küllü miqdarda maliyyə vəsaiti itirməmək üçün ixrac prosesini yekunlaşdıracaq. Vyçeslav Zirkalin qeyd edib ki, Suriyaya silah-sursat ixracı əməkdaşlıq müqaviləsinin müddəti başa çatanadək davam edəcək. Yeni müqavilənin imzalanacağına gəldikdə isə bu gözlənilmir. Rusiya xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Rusiyadan Suriyaya göndərilən gəmi 3 modernləşdirilmiş hərbi helikopter və hava hücumundan müdafiə sistemi aparır.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə