Suriyanın İraqdakı səfiri Navaf Fares Suriya müxalifətinin tərəfinə keçdiyini bəyan edib. Bu, Suriyada ilk yüksəkrütbəli diplomatın müxalifətin tərəfinə keçməsi halıdır.
Bu arada, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa BMT-nin və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annanın sülh planının yerinə yetirilməyəcəyi təqdirdə sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi üzərində işləyir. Qətnaməyə Suriyada fəaliyyət göstərən və mandatı iyulun 20-də başa çatan BMT müşahidəçilərinin fəaliyyət müddətinin daha 3 ay uzadılmasının da daxil ediləcəyi gözlənilir.
"France Press" agentliyinin əldə etdiyi məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamə layihəsi Suriya hökumətinə hərbi əməliyyatları dayandırmaq üçün 10 gün vaxt verir. Əks təqdirdə, hökumətə qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq ediləcək. Rusiyanın təklif etdiyi qətnamə layihəsinin müzakirəsinə bu gündən başlanılır, qətnaməyə dair səsvermənin isə iyulun 20-dək keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB