Bu, Ukrayna müxalifətinin Yanukoviç üçün hazırladığı qeyri-adi sürprizdir
Ukraynanın paytaxtı Kiyevdə rus dilinin statusu ilə bağlı qanuna etiraz edən müddətsiz aksiya iştirakçıları 62 yaşı tamam olmuş ölkə prezidenti Viktor Yanukoviçə hədiyyə kimi böyük çanta və plaskart vaqonda Belarusa qatar bileti alıblar. "Ukraynskaya pravda" xəbər verir ki, biletdə sonuncu stansiya kimi Belarusun Vitebsk vilayətinin Yanuki kəndi göstərilib. Aksiya iştirakçıları kəndin adını göstərməklə dövlət başçısının Belarus kökənli olmasına işarə vurublar (Yanukoviçin ulu babası Yanuki kəndindəndir).
Çantanın içərisində Belarusa əldəqayırma viza və "Ukraynafobiyanın əsasları" adlandırılan kitabça yer alıb. Yanukoviçə yola qoyulan azuqələr içərisində bişirilmiş yumurta da olub. Aksiya iştirakçıları bildirirlər ki, bu, yolboyu terrorun baş verməməsi üçündür. Məsələ ondadır ki, prezidentliyə namizədliyi dönəmində bir tələbə Yanukoviçin sifətinə yumurta çırpmışdı. Aksiyaçılar belə düşünüblər ki, yumurta bişirilmiş olsa, dövlət başçısına ziyan gəlməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB