Qəndəharda hücum dalğası: 23 ölü
"Taliban" hərəkatının üzvləri Əfqanıstanın Qəndəhar şəhərində əhalinin gur olduğu yerlərə hücumlar təşkil edib. SİA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, partlayışların qurbanı dinc sakinlər olub: 23 nəfər ölüb, 40 adam yaralanıb.
İlk partlayış yerli vaxtla gecə yarısı polis məntəqəsinin yaxınlığında törədilib. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı ölüb. Bunun ardınca uşaq litseyində, adamların çox olduğu "Nur" bazarında və "Mümtaz" otelinin yaxınlığında partlayışdao baş verib.
"Taliban" hərəkatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB