Lavrov Suriya müxalifətini ümidləndirdi

Lavrov Suriya müxalifətini ümidləndirdi

Onlar Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən razı qaldıqlarını bildiriblər


Suriya müxalifət nümayəndələri Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən məmnun qaldıqlarını bildiriblər.


Adı açıqlanmayan müxalifət nümayəndəsinin sözlərinə görə, onlar xarici işlər naziri Lavrov və nazir müavini Mixail Boqdanovla məhsuldar görüşlər keçiriblər.


Suriya nümayəndə heyətinin rəhbəri Mişel Kilo bildirib ki, onlar yaxın zamanda bu görüşdən nəticə gözləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə