Rusiyanın Xarici İşlər Nazirliyi Suriyada baş verən siyasi böhranın tezliklə aradan qalxması və tərəflər arasında dialoqun baş tutması istəyi ilə bağlı bəyanat yayıb. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin lideri Maykl Kilo ilə keçirdiyi görüşdə baş verən siyasi gərginliyin aradan qaldırılmasını və Əsəd iqtidarı ilə dialoqa getməsini istəyib. Annan sülh planının realaşmasını istəyən Rusiya hökuməti Cenevrədə baş tutan danışıqların məsələnin həllində önəmli rola malik olacağanı bəyan edib. Sergey Lavrovla görüşdən sonra açıqlama verən Maykl Kilo bildirib ki, Suriya artıq beynəlxalq mübarizələr meydanına çevrilib. O, həmçinin bildirib ki, Suriya müxalifəti Rusiya ilə birligdə münaqişənin həllini müzakirə edib. Maykl Kilo qeyd edib ki, müxalifət milli dialoqun baş tutması tərəfdarıdır. Ancaq Əsəd rejimi müxalifətin səsləndirdiyi təklifləri qəbul etmir. Müxalifəti xarici ölkə maraqlarına işləməkdə ittiham edir.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB