Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində ölənlərin sayı 134 nəfərə çatıb. Məlumatı Rusiya Daxili İşlər Nazirliyi açıqlayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində təkcə Krım rayonunda 123 nəfər ölüb. Onlardan 113-ünün şəxsiyyəti müəyyən edilib.
DİN-dən bildirilib ki, polis talanların qarşısını almaq üçün əlavə tədbirlər görür. İndiyədək bazardan malları oğurlamaq istəyən iki nəfər saxlanılıb. Daxili işlər orqanlarının işini əlaqələndirmək üçün Kubada Rusiyanın daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy səfər edib.
Rusiya DİN artıq itki də verib. Krımskda insanları xilas edərkən polis podpolkovniki Vyaçeslav Qorbunov həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB