Gürcüstan prezidentinin ölkə müxalifətini nəzərdə tutaraq "onların analarını ağlatdıq" deyib
Gürcüstan prezidenti Mixail Saakaşvili və ölkənin yeni təyin olunmuş baş naziri Vano Merabişvili arasındakı telefon danışığı böyük səs-küyə səbəb olub. Sosial şəbəkələrə həmin danışığın video-yazısı daxil olub.
Xəbərdə deyilir ki, bu hadisə V.Merabişvili "Rustavi-2" telekanalının efirində canlı yayıma hazırlaşarkən baş verib. Baş nazirə zəng edən Saakaşvili söhbətində Gürcüstandakı vəziyyətə dair Avropa Parlamentində keçirilən debatlara toxunub. Prezident bir neçə dəfə "onların analarını ağlatdıq" deyə təkrar edib. Bu zaman o, milyonçu Bidzina İvanişvilinin "Gürcu arzusu" koalisiyasının simasında müxalifəti nəzərdə tutub.
Qeyd edək ki, Avropa Parlamentində Gürcüstandakı vəziyyətlə bağlı debat məhz İvanişvilinin koalisiyasının təşəbbüsü ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB