İran ABŞ-ı 35 hərbi bazanın məhvi ilə hədələdi

İran ABŞ-ı 35 hərbi bazanın məhvi ilə hədələdi

İran mümkün hücuma cavab vermək üçün cavab tədbirləriin planını hzırlayıb. İTAR-TASS-ın verdiyi məlumata görə, plan ABŞ-ın Yaxın Şərqdəki 35 hərbi bazasının bir neçə dəiqə ərzində məhvini nəzərdə tutur. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik hissəsinin aşçısı, general Əmir Əli Hacızadə deyib.


General bildirib ki, söhbət İranın ətrafındakı Amerika hərbi obyektlərindən gedir. Amma o hansı məsafəni nəzərdə tutduğunu açıqlamayıb: "Bu bazaların hamısı bizim raketlərimizin hərəkət radiusundadır".


Əmir Əli Hacızadə deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun son təlimləri düşmənin hipotetik aviasiya bazarına raket zərbələrinin endirilməsi məşqlərinə xidsət edib.


"Fars" agentliyinin məlumatına görə, üs günlük "Böyük Peyğəmbər-7" təlimlərinin ikinci günündə "Şahab-1", "Şahab-2", "Şahab-3", "Zalzapal" və "Fateh" raketləri buraxılıb.


General Əmir Əli Hacızadə bildirib ki, İran 2000 kilometr hərəkət radiuslu raketlərə malikdir. Lakin təlimlər zamanı 1300, 500 və 300 kilometr məsafədəki hədəfləri vurmağa qadir olan raketlərdən istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə