Suriya tərəfindən vurulmuş Türkiyəyə məxsus "F-4" qırıcı təyyarəsindəki iki pilotun cəsədləri bu gün Aralıq dənizində tapılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, cəsədlər və təyyarənin qalıqları "EV Nautilus" sualtı tədqiqat gəmisi tərəfindən dənizin təxminən 1300 metr dərinliyində aşkarlanıb.
Xatırladaq ki, qırıcı təyyarə iyunun 22-də vurulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB