Suriya hökumətinin Türkiyə məxsus hərbi təyyarəni tanımadıqları üçün vurduqları fikri yalandır. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu mətbuata verdiyi açıqlamada deyib.
Türkiyə xarici siyasət idarəsinin başçısı həmçinin qeyd edib ki, Suriya dövlətinin yalan danışdığını sübut etmək üçün onlarda rabitə danışıqları mövcuddur. Əhməd Davudoğlunun sözlərinə görə, Türkiyəyə məxsus \"F-4\" təyyarəsi vurulduqdan sonra yardım üçün göndərilən təyyarəyə də Suriya tərəfindən atəş açılıb.
Bəşər Əsədə mesaj göndərən Əhməd Davudoğlu bəyan edib ki, Suriya hökuməti iddia edir ki, təyyarə İsrail hərbi təyyarələrinin gəldiyi hava dəhlizində olduğu vurulub. "Bəs o zaman Suriya bu günə qədər niyə bir İsrail təyyarəsi vurmayıb".
Xarici işlər naziri qeyd edib ki, hazırda türk diplomatları Suriyadakı fəaliyyətlərini davam etdirirlər.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB