Yasir Ərəfat zəhərlənərək öldürülübmüş

Yasir Ərəfat zəhərlənərək öldürülübmüş

Fələstin Azadlıq Hərəkatının keçmiş lideri Yasir Ərəfatın ölümü ilə bağlı yeni faktlar ortaya çıxıb. Əl Cəzirə telekanalının yaydığı məlumata görə, 2004-cü ildə Fransadakı xəstəxanaların birində müalicə olunan Yasir Ərəfat zəhərlənib. Məlumatda qeyd olunub ki, İsveçrənin Lozan şəhərindəki Radiofizik İnstitutunda doqquz aydır aparılan araşdırmadan məlum olub ki, Yasir Ərəfatın diş fırçasında, paltarında və baş geymində radioktiv poloniyum maddəsi aşkarlanıb. Qeyd edək ki, Yasir Ərəfatın bu əşyları həyat yoldaşı Süha Ərəfat tərəfindən araşdırmaya verilib. Bundan başqa Süha Ərəfat həyat yoldaşının məzarının açılmasını istəyib.

Xatırladaq ki, 2004-cü ilin 11 oktyabrında vəfat edən Yasir Ərəfatın ölüm səbəbi ictimaiyyətə dəqiq çatdırılmamışdı.

Qeyd edək ki, radioktiv poloniyum maddəsi ilk dəfə cəmiyyətə 2006-cı ildə DTK-nın keçmiş agenti Aleksandr Litvinenkonun ölümündən sonra məlum oldu. Aparılan araşdırma zamanı məlum oldu ki, rəsmi Kremlə müxalif olan Litvienkonun çayına poloniyum maddəsi qatılıb.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə