Fransa polisi "Əl-Qaida" terror təşkilatı ilə əlaqədə şübhəli bilinən ekstremist veb-saytın administratorunu həbs edib. Bu barədə "Əl-Cəzirə" televiziyası Paris prokurorluğuna istinadən xəbər yayıb.
Hələlik adı açıqlanmayan saxlanılan şəxs 1977-ci il doğumlu Tunis vətəndaşıdır. Ehtimala əsasən, o, "Əl-Qaida" da daxil olmaqla terror qruplaşmalarının maliyyələşməsinə koordinatorluq edib.
Adı gizli saxlanılan kişi Fransanın cənubundakı Tulon şəhərində yaşayıb, amma bir neçə ölkənin ərazisində hərəkət edib.
Şəxsə qarşı teraktların hazırlanmsı və terrorçu qrupların maliyyələşdirməsi maddəsilə cinayət işi açılıb. İstintaq araşdırmaları zamanı aşkarlanan terror təşkilatlarına ünvanlanan minlərlə elektron məlumatların tədqiqatı aprılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB