“Kurtlar Vadisi\" cinayətə səbəb oldu

“Kurtlar Vadisi\" cinayətə səbəb oldu

Ərəb dünyasında böyük marağa səbəb olan Türkiyə serialları bu dəfə cinayətə yol açıb. SİA-nın məlumatına görə, belə ki, bir neçə gün bundan əvvəl İordaniyanın Madaba şəhərində bir taksi sürücüsü yoxa çıxıb.

Polisin apardığı araşdırmadan sonra 37 yaşlı sürücü Sami Mayayahın cəsədi tapılıb. Aparılan istintaq işinin nəticəsi olaraq sürücünü qətlə yetirən 17-18 yaşlarında iki gənc olduğu müəyyənləşib. "The Jordan Times" qəzetinin yaydığı məlumata görə, cinayət səbəbindən saxlanılan gənclər "Kurtlar Vadisi" serialından təsirlənərək bu cinayəti işlədiklərini deyiblər. Saxlanılanlar istintaqa verdiyi məlumatda deyiblər ki, onlar sürücüdən həmin ərazidə qadınlara sataşan şəxslərin adlarını onlara verməyi tələb ediblər. Ancaq sürücü bunu etmədikdə gənclər onu qətlə yetiriblər. Lakin problem bununla həll olunmayıb. Gənclərin həbs olunma xəbərini eşidən şəhər əhalisi kütləvi iğtişaşlar təşkil edib. Mağazaların və restoranların şüşələrini qırıb. Hadisə polis və ordunun müdaxiləsi nəticəsində aradan qaldırılıb.

Qeyd edək ki, iğtişaşın yatırılmasında rəhbərliyi İordaniyanın Daxili İşlər və Milli Təhlükəsizlik nazirləri edib.



Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə