Misirin paytaxtı Qahirə şəhərində bir araya gələn Suriya müxalifəti Bəşər Əsəd rejiminin devrilməsi və tərəfdarlarının mühakimə olunmsı ilə bağlı ortaq qərar qəbul ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, lakin daha sonra müxalifət liderləri arasında anlaşılmazlıq yaşanıb. Belə ki, müxalifətçilər Əsəd rejiminin devrilməsindən sonra müvəqqəti hökumətin kim tərəfindən idarə olunacağı barədə ortaq fikirə gəlməyiblər. Suriya Demokratik Güclər Koalisiyasının nümayəndəsi Məhəmməd Təmmam Əl Bərazi bildirib ki, bu gün Suriyada bir çox milli azlıqların, o cümlədən kürtlərin haqları pozulur. Məhəmməd Təmmam Əl Bərazinin sözlərinə görə, yeni qurulacaq hökumət bu məsələnin də həllində müstəsna işlər görəcək. Suriya Xalq Hərəkatının baş katibi Halid Nasir isə qeyd edib ki, müxalifət gücləri müstəqil Suriya ordusunu hakimiyyət dəyişikliyində sona qədər dəstəkləyəcək. Digər tərəfdən konfransda müxalifət güclərini bir araya toplayan Milli Birlik Hökumətinin yaradılmasına qərar verilib. Daha sonra mətbuat konfransı keçirən Suriya Milli Təşkilatının sədri Əbdülbasit Seyda bildirib ki, müxalifət liderləri Milli Birlik hökumətinin qurulmasına razılıq verib. Eyni zamanda yeni hökumət Əsəd rejiminin devrilməsindən sonra dövlətin idarə olunması mexanizmini hazırlamağa qərar verib. Bundan başqa müxalifət Müstəqil Suriya Ordusunun rəsmi dəstəklənməsini göstərən sənədin hazırlanması barədə qərar verib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB