Кetrin Eşton: “Qarabağ münaqişəsinin nizamlanması həyati əhəmiyyət daşıyır”

Кetrin Eşton: “Qarabağ münaqişəsinin nizamlanması həyati əhəmiyyət daşıyır”

Avropa Birliyi rəsmisi Serj Sarkisyanla nədən danışıb?


Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həyati əhəmiyyət kəsb edir. Ali nümayəndə həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlərdən ciddi narahatlıq keçirdiyini və bu insidentlərin insanların ölümü ilə nəticələnməsindən təəssüfləndiyini bildirib.


Xanım Eşton bu bəyanatı Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra verib.

Bütün xəbərlər Facebook səhifəmizdə