Eyfel qülləsində intihar

Parisdə adı açıqlanmayan 24 yaşlı şəxs özünü Eyfel qülləsindən ataraq intihar edib. Bu barədə məlumat ilk olaraq Fransanın "Europe 1" radiostansiyasının saytında yer alıb.


Xarici media orqanlarına istinadən xəbər verilir ki, intihar edən gənc özünü qüllənin ikinci mərtəbəsindən, 125 metr hündürlükdən atıb. Bunadək isə hadisə yerinə toplaşan adamlar, o cümlədən yanğın xidməti əməkdaşları və polis həmin şəxsi yolundan döndərməyə çalışıb.


Qeyd edək ki, Eyfel qülləsində sonuncu intihar hadisəsi 2009-cu ildə baş verib. Həmin vaxt özünə qəsd edən orta yaşlı qadın olub.


Onu da deyək ki, hündürlüyü 324 mertə çatan Eyfel qülləsi 1889-cu ildə Fransa hökumətinin sifarişi ilə mühəndis Qustav Eyfel tərəfindən inşa edilib. Hər il qülləyə təxminən 6 milyon turist baş çəkir. Tikilidən özünü ataraq intihara cəhd hallarının qarşısının alınması üçün çoxsaylı vasitələrdən istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə