ABŞ və İsrail İrana hücüma keçib, hələlik virtual...

İranın xarici işlər naziri Heydər Məsləhi keçirdiyi mətbuat konfransında kəşfiyyat məlumatlarına əsasən bildirib ki, İİR-in nüvə proqramı ilə bağlı Moskvada ABŞ, Böyük Britaniya və İsraillə aparılan danışıqlardan sonra bu ölkələrin İrana qarşı genişmiqyaslı internet şəbəkəsinin hücumu gözlənilinirdi. Buna baxmayaraq rəsmi Tehran buna qarşı lazımi addımları atıb.


Qeyd edək ki, iyunun 20-də Qərb mətbuatında İranın nüvə obyektləri üçün nəzərdə tutulan ABŞ və İsrailin birgə istehsal etdiyi "Fleym" kompüter virusunun yaradıldığı və yayıldığı xəbər verilirdi. Məlumata görə, bu viruslar İİR-dəki şəbəkənin arxasından bütün proseslrəri sakitcə izləməli, ABŞ və İsrailə kəşfiyyat materiallarını ötürməliymiş

Bütün xəbərlər Facebook səhifəmizdə