Səfillik və antidemokratik rejim Ermənistan əhalisini xoşbəxtliyi ölkədən kənarda axtarmağa vadar edib. Fransa qaçqın və vətəndaşları qoruma ofisinin məlumatına görə, ötən il 3211 erməni bu ölkəyə sığınacaq üçün müraciət edib. Sığınacaq istəyən ermənilərin şikayətləri əsasən dəyişməz qalıb. Ermənistan vətəndaşları bir qayda olaraq siyasi mənsubiyyətlərinə, 2008-ci il prezident seçkilərindən sonra mitinqlərdə iştiraka görə təqib olunduqlarını iddia edirlər. Son dövrlərdə sığınacaq istəyənlər arasında mafioz qrupların və nüfuzlu şəxslərin çəkişmələrinin qurbanlarına da rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB