Angela Merkel: ”Bizim imkanlarımız məhduddur”

Angela Merkel: ”Bizim imkanlarımız məhduddur”

"Almaniya Avropa iqtisadiyyatının mühərrikidir və iqtisadiyyatın stabilliyində əsas rol oynayır". Bu sözləri Almaniyanın federal kansleri Angela Merkel ötən gün çıxışında bəyan edib.

Amma elə həmin çıxışın da davam olaraq xanım Merkel bildirib ki, Almaniyanın imkanları məhduddur. Kanslerin fikrincə: "İndiyə qədər qəbul edilmiş bütün qərarlar, layihələr bir anda boş sözlərə çevrilə bilər. Əgər məlum olsa ki, bütün bunlar Almaniyanın imkanları xaricindədir".


Müşahidəçilərin fikrincə, gələn həftə Meksikada keçiriləcək "iyirmiliyin" sammiti öncəsi edilmiş bu çıxışda ciddi ehtiyyatlılıq hiss olunmaqdadır. Kansler getdikcə kəskinləşən böhran və artan borclardan təşvişə düşüb. O, bütün bu problemlərin həllinin sadəcə olaraq mümkün olmayacağından ehtiyyatlanır.


Ekspertlərin qənaətinə görə, Almaniyanın baş planı olmasına baxmayaraq, kansler növbəti dəfə borcların və paralel olaraq büdcələrin ümumiləşdirilməsinin əleyhinə çıxış edib: "İlk baxışdan çox sadə görünən "cavabdehliyi ümumictimailəşdirmək" ciddi fəsadlar törədə bilər".

Onun fikrincə bu, konstitusiyanın əleyhinədir və tamamilə faydasızdır. Bununla bərabər xanım Merkel başqa imkanlı Avropa dövlətlərinə məsuliyyəti bölüşməyi təklif edib. Demək olar ki, bütün alman rəsmilərinin çıxışlarıda özünü biruzə verən başqa üzv ölkələri tənqid eləmək vərdişi bu çıxışda da səslənib. Bu dəfə tənqid daha geniş planda, "iyirmiliyin" ünvanına səslənib. Kansler sözügedən ölkələri azad ticarətlə bağlı götürdükləri öhdəliklərə əməl etməməkdə günahlandırıb.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə