İranın nüvə proqramına qarşı Qərbin tətbiq etdiyi sərt iqtisadi sanksiyalara görə neft ixracından 10 milyard dollar itirəcək. SİA-nın xəbərinə görə, beynəlxalq neft ticarəti üzrə ekspertlər iddia edirlər ki, İran gün ərzində neft ixracını 600 min barel azaltmağa məcburdur. Neft ixracının ixtisar olunmasına görə İranın itkiləri ilin sonuna kimi 10 milyard dollara çatacaq.
Qeyd edək ki, hazırda İranda neft hasilatı son 20 ildə ən aşağı səviyyəyə düşüb. Belə ki, iyulun 1-dən İrana qarşı Avropa Birliyinin tətbiq edəcəyi sanksiyaların başlaması ilə əlaqədar hasilatın gündəlik həcmi 150 min barel azalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB