Ömürlük həbs cəzası çəkən Misirin sabiq prezidenti Hüsnü Mübarəkin vəziyyəti getdikcə pisləşməkdədir. Bu barədə Misir kütləvi informasiya vasitələri xəbər yayıb. Yerli həkimlərin məlumatına görə, ötən gecə sabiq prezident ürək artmiyası və yüksək arterial təzyiqlə bağlı süni nəfəs aparatına qoşulub. Onun ağır psixoloji durumu və həbs qərarından sonra düşdüyü depressiya müalicə üçün lazımi prosedurların aparılmasını çətinləşdirir. Həkimlər və tibbi personalla danışmayan Mübarəkin yalnız kiçik oğlu Camalla ünsiyyət saxladığı bildirilir.
Xatırladaq ki, Hüsnü Mübarək 2011-ci ilin etirazları zamanı dinc sakinlərin atəşə tutulması ilə bağlı Misir Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. Bu qərardan dərhal sonra o, Tora həbsxanasında birnəfərlik kameraya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB