Bir neçə saat əvvəl BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan BMT Baş Assambleyasında çıxış edib. Suriyada atəşkəsin bərqar olunması ilə bağlı 6 maddəlik sülh planının həyata keçmədiyini təəssüflə deyən Anan buna misal olaraq təkcə dünən Həmada 10 nəfərin ölümü ilə nəticələnmiş növbəti qətliamın törəndiyini nəzərə çatdırıb. Annan 9 gün əvvəl Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşdüyünü xatırladıb və ona sülh planının şərtlərinə əməl olunmadığını deyib.
Annan sülh planından sonra humanitar yardımların çatdırılması və bir çox məhbusların əfv olunması kimi müsbət halların olduğunu desə də, sülh planın həyata keçməsi üçün bunların kifayət etmədiyini vurğulayıb. Annan Suriya ilə bağlı təklikdə atılan istənilən addımın uğursuzluğa düçar olacağını qeyd edərək, beynəlxalq ictimaiyyəti birliyə və Suriya sülh planının həyata keçməsini təmin etmək üçün yeni ölçülər götürməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB