BMT-nin Təhlükəsizlik Şurası Suriya hökumətinə əhaliyə qarşı ağır hərbi texnikadan istifadə etdiyi üçün növbəti xəbərdarlığını ünvanlayıb. SİA-nın məlumatına görə, BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan Suriya rəsmləri ilə keçirdiyi görüşdə tərəfləri atəşkəsə əməl etməyə çağırıb. Kofi Annan qeyd edib ki, Bəşər Əsəd hökuməti ölkədə sabitliyin əldə olunması üçün siyasi jest nümayiş etdirməlidir. Xatırladaq ki, ötən həftə Suriyanın Hula şəhərində 32-si uşaq olmaqla 100 insan qətlə yetirilib. Baş verən faciə ilə bağlı Suriyanın xarici işlər naziri Vəlid Muallim ilə görüşən Kofi Annan ölkədə getdikcə artan qarşıdurmanın aradan qaldırılmasını istəyib. Suriya müxalifəti isə bildirib ki, Kofi Annanın sülh planı Suriyadakı günahsız insanların ölümünün qarşısını almır, əksinə Bəşər Əsəd iqtidarına zaman qazandırır. Bəşər Əsəd tərəfdarları isə Hula şəhərində baş verən faciənin məsuliyyətini qəbul etmir. İqtidar nümayəndələri bəyan edib ki, günahsız insanlar qətli radikal islamçılar tərəfindən törədilib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB