Əhmədinejadın helikopterindən “şpion” tutulub

Əhmədinejadın helikopterindən “şpion” tutulub

İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləri prezident Əhmədinejadın helikopterində casus tutublar. SİA-nın rəsmi "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, "casusun ələ keçirilməsi" əməliyyatı bu yaxınlarda Əhmədinejadın işgüzar səfərdə olduğu Xorasan vilayətinin Sebzevar şəhərində keçirilib.

Həbs edilən şəxs ilkin sorğuda ərəb ölkələrindən birinin xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu boynuna alıb. Amma casusun hansı ərəb ölkəsinə aid olduğu barədə məlumat verilmir. "Casus" deyib ki, o təmsil etdiyi ölkənin xüsusi xidmət orqanlarını kəşfiyyat məlumatları ilə təmin edirmiş. Tutulan zaman onun üzərindən silah və partlayıcı qurğu götürülüb.

Agentlik xəbər verir ki, indiyədək İsrail və ərəb ölkələrinin 40-a yaxın casusu ələ keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə