Yunanıstanda getdikcə artan iqtisadi böhran ölkə mətbuatınında işinə təsir edib. SİA-nın məlumatına görə, Yunanıstan televiziyaları və xəbər portalları fəaliyyət göstərməyib. Bundan başqa bu gün ölkə qəzetləri çap olunmayıb. Buna səbəb ölkə mediasında çalışanların əmək haqlarının azaldılması və işdən azad olmalardır.
Yunanıstanın Jurnalistlər Birliyinin sədri Dimitri Trimis bildirib ki, ölkə ciddi iqtisadi böhranla üzləşdiyi bir ərəfədə mətbuata qarşı bunun tətbiqi düzgün addım deyil. Onun sözlərinə görə, bu tətil tək mətbuata yox, bütün ölkə əhalisə üçün zərərlidir. Çünki, ölkənin ciddi problemlərlə üzləşdiyi bir ərəfədə Yunanıstan informasiya blokadasına girə bilər.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB